29 Aprel 2024
"Boş yerə səy göstərməsinlər" - Çavuşoğludan TƏLİMLƏRLƏ BAĞLI AÇIQLAMA

"Boş yerə səy göstərməsinlər" - Çavuşoğludan TƏLİMLƏRLƏ BAĞLI AÇIQLAMA

07 Oktyabr 2021
Baxış: 644

Türkiyə və Azərbaycan arasındakı münasibətləri heç kim poza bilməz. Boş yerə səy göstərməsinlər, enerji sərf etməsinlər.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Report-a müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz beynəlxalq hüquq normalarına uyğun olaraq, Türkiyədə, Azərbaycanda hərbi təlimlər keçirə və əməkdaşlıq edə bilərik. Sadəcə, Azərbaycan deyil, Türkiyə də daxil olmaqla hər bir ölkə istənilən dövlətlə müxtəlif sahələrdə əlaqələr qura bilər. Əgər onların bizə zərəri yoxdursa, bu ölkələrə üzümüzü çevirib "siz niyə belə edirsiniz?" sualını vermirik. Bizim də Azərbaycanla olan yaxın qardaşlığımız, münasibətimiz və iş birliyimiz, hərbi təlimlərimiz kiminsə əleyhinə deyil. Ona görə də kimsə boş yerə narahat olmasın. Bizim bu birliyimiz başqalarının əleyhinə olan bir qardaşlıq və həmrəylik deyil", - o bildirib.