29 Aprel 2024
Bir milyarddan çox insan “5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq

Bir milyarddan çox insan “5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq

01 Dekabr 2020
Baxış: 1318

“Ericsson Mobility Report” hesabatına görə, 2020-ci ilin sonunadək 1 milyarddan çox insan “5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq. Bu halda qoşulmaların sayı 220 milyona bərabər olacaq.

AJM xarici saytlara istinadən xəbər verir ki, mütəxəssislərin proqnozuna görə, 2026-cı ildə dünyada hər 10 qoşulmadan 4-ü beşinci nəslin şəbəkələrinin payına düşəcək. O vaxtadək isə dünya əhalisinin 60 faizi “5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq.

İndi dünyada 106 kommersiya “5G” şəbəkəsi fəaliyyət göstərir. Çində bütün qoşulmaların 11 faizi beşinci nəsil şəbəkələrinin payına düşür. “5G” şəbəkələrinin sayına görə ikinci yeri Şimali Amerika tutur.

Teqlər: Bir milyard