30 Aprel 2024
“Bir daha bizə deməyin ki…” - Zelenskidən NATO-ya SƏRT REAKSİYA

“Bir daha bizə deməyin ki…” - Zelenskidən NATO-ya SƏRT REAKSİYA

24 Mart 2022
Baxış: 458

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun bugünkü fövqəladə toplantısında çıxış edib.

AJMEDİA.İNFO Ukrayna mətbuatına istinadla xəbər verir ki, Zelenski onlayn qatıldığı sammitdə Ukrayna ordusu ilə bağlı bu sözləri deyib:

”Xahiş edirəm, bir daha heç vaxt bizə ordumuzun NATO standartlarına cavab vermədiyini söyləməyin. Standartlarımızın nəyə qadir olduğunu göstərdik. Biz Avropada və dünyada ümumi təhlükəsizliyə nə qədər töhfə verə bilərik”, – deyə Vladimir Zelenski bildirib.(ölkə.az)