29 Aprel 2024
Beynəlxalq aviasiya əlaqələri 2-3 ilə bərpa oluna bilər

Beynəlxalq aviasiya əlaqələri 2-3 ilə bərpa oluna bilər

01 Dekabr 2020
Baxış: 1229

Beynəlxalq hava nəqliyyatı əlaqələrinin 2-3 il ərzində tam bərpa olunacağı proqnozlaşdırılır.

AJM Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın "Aeroflot" şirkətinin baş direktoru Mixail Poluboyarinov deyib.

Onun sözlərinə görə, proqnozlar fərqlidir, lakin ümumilikdə, beynəlxalq aviasiya əlaqələrinin və müvafiq həcmlərin 2-3 ilə bərpası gözlənilir.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında "Aeroflot"un gəliri illik ifadədə 55,3% azalaraq 234,213 mlrd. rubl (3,081 mlrd. ABŞ dolları) təşkil edib. Aviaşirkətin xalis zərəri ötənilki 20,305 mlrd. rubl (267,123 mln. dollar) mənfəət qarşı 79,406 mlrd. rubl (1,044 mlrd. dollar) olub.

Teqlər: Beynəlxalq