29 Aprel 2024
Benyamin Netanyahu uğurlu əməliyyat olunub

Benyamin Netanyahu uğurlu əməliyyat olunub

23 İyul 2023
Baxış: 458

İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunub.

“Report”un məlumatına görə, bu barədə “Kan” radiosu məlumat yayıb.

Benyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb və əməliyyat uğurla keçib.

Qeyd olunub ki, baş nazirin səhhəti yaxşı qiymətləndirilir və o, Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.