29 Aprel 2024
"Baydenlə əlaqələrimiz yaxşı deyil" - Rəcəb Tayyib Ərdoğan

"Baydenlə əlaqələrimiz yaxşı deyil" - Rəcəb Tayyib Ərdoğan

24 Sentyabr 2021
Baxış: 631

ABŞ Prezidenti Co Baydenlə əlaqələrimiz elə də yaxşı başlamadı.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim. Amma Co Baydenlə yaxşı başladığımızı söyləyə bilmərəm. Bayden Suriyada terrorçulara silah-sursat göndərməyə başladı. Buna laqeyd qala bilmərik”, - Ərdoğan bildirib.

Dövlət başçısı ABŞ-ın Əfqanıstanı tərk edərkən qoyduğu silahların Talibanın əlinə keçdiyini bildirib və Vaşinqtonun buna görə bədəl ödəyəcəyini qeyd edib.(axar.az)