30 Aprel 2024
Bakıda yol qaydalarını pozan şəxs 20 sutkalıq həbs olundu

Bakıda yol qaydalarını pozan şəxs 20 sutkalıq həbs olundu

21 Oktyabr 2021
Baxış: 455

Bakıda yol-hərəkəti qaydalarını pozan şəhər sakini ilə bağlı məhkəmə qərarı elan olunub.

AJMEDİA.İNFO xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə 1996-cı il təvəllüdlü Bakı şəhər sakini Nihad Sadiqov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi üzrə 20 sutka azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Sadiqov S.Vurğun-Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Daha sonra Axundov parkının yaxınlığında saxlanılan şəxs yol polisi əməkdaşlarına tabesizlik göstərib və aydın olub ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi də olmayıb.