29 Aprel 2024
Bakıda yeni tikilən metro stansiyası BU TARİXDƏ təhvil veriləcək

Bakıda yeni tikilən metro stansiyası BU TARİXDƏ təhvil veriləcək

05 Aprel 2023
Baxış: 436

"Yeni stansiyanın inşaası ilə bağlı İşlər öz axarı ilə gedir. Dördüncü səviyyədə işlər davam edir. Tunellərdə də infrastrukturun qurulması ilə bağlı işlər aparılır".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi əlavə edib ki, şərti adı "B-4" olan stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb:

"Əgər inşaat işləri öz planı lə getsə və qeyri-adi heç nə baş verməzsə, təhvil verilmə prosesində problem olmayacaq".