29 Aprel 2024
Bakıda turizm şirkətinin müdiri BIÇAQLANDI

Bakıda turizm şirkətinin müdiri BIÇAQLANDI

11 Avqust 2022
Baxış: 382

Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə “Montin” adlanan ərazidə qeydə alınıb.

Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəliblər. Bu zaman onlar dörd nəfər naməlum şəxsin hücumuna məruz qalıblar. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.