29 Aprel 2024
Bakıda qəlyan mağazası belə SOYULDU - ANBAAN VİDEO

Bakıda qəlyan mağazası belə SOYULDU - ANBAAN VİDEO

26 Dekabr 2023
Baxış: 414

Bakıda elektron qəlyan satılan mağazaların birində oğurluq hadisəsi baş verib.

AJMEDİA.İNFO baku.ws-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində "Sahil" metorsunun yaxınlığındakı mağazada qeydə alınıb.

İddiaya görə, 4 nəfər qabaqcadan əlbir olaraq mağazaya gəliblər. Onlar özlərini elektron qəlyan alan kimi təqdim ediblər. İçlərindən biri satıcı ilə danışarkən digərləri dəyəri 230 AZN olan 5 ədəd elektron qəlyanı oğurlayıblar.

Görüntülər mağazadakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Kadrları olduğu kimi təqdim edirik: