29 Aprel 2024
Bakıda oğurluq edən QADIN: "Fikirləşdim bayramdı, polis axtarmaz"

Bakıda oğurluq edən QADIN: "Fikirləşdim bayramdı, polis axtarmaz"

21 Aprel 2023
Baxış: 305

Bakıda evdən oğurluq edilib.

AJMEDİA.İNFO xəbər verir ki , aprelin 18-də Yasamal rayonu ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlanıb.

əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.

Məlumata görə, F. Tağıyeva polisə ifadəsində bağışlanmasını xahiş edib. Onun digər sözləri isə təəccüb doğurub: "Fikirləşdim ki, bayrama düşür, polis axtarmayacaq".

F. Tağıyeva oğurluq əməlini törədərkən tutulacağını güman etməyib. Ancaq polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə o, saxlanılaraq, istintaqa təhvil verilib.