29 Aprel 2024
Bakıda MƏŞHUR klubda DAVA: Mühafizəçi müştərini döyərək ÖLDÜRDÜ

Bakıda MƏŞHUR klubda DAVA: Mühafizəçi müştərini döyərək ÖLDÜRDÜ

30 Avqust 2021
Baxış: 817

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

AJMEDİA.İNFO APA-ya istinadən bildirir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.


Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.