29 Aprel 2024
Bakıda məşhur həkimin oğlu supermarketdə QƏFİL ÖLDÜ - FOTO

Bakıda məşhur həkimin oğlu supermarketdə QƏFİL ÖLDÜ - FOTO

20 İyul 2021
Baxış: 1047

Bir neçə gün əvvəl Bakıda supermarketdə qəfil dünyasını dəyişən gənc oğlanla bağlı bəzi məlumatlar üzə çıxıb.

AJMEDİA.İNFO ölkə.az-a istinadən xəbər verir ki, vəfat edən 23 yaşlı gənc ali dərəcəli həkim, mama-ginekoloq Sürəyya Mirzəyevanın oğlu olub.

Qeyd edək ki, 17 iyulda Bakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

Hadisə ilə əlaqəli sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqiq olunub. Sosial şəbəkə istifadəçiləri tərəfindən tibb işçilərinin 45 dəqiqə müddətində gəncin ürəyi səhv masaj etdiyini iddia edilmişdi.

Vəfat edən gəncin uşaqlıqdan ürəklə bağlı problemi olduğu bildirilidi.

Allah rəhmət eləsin!