29 Aprel 2024
Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı

07 Oktyabr 2021
Baxış: 491

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

AJMEDİA.İNFO-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Şahnəzərov Şakir Əli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.