29 Aprel 2024
Bakıda məktəbdə insident: Valideyn özünü yandırmaq istədi

Bakıda məktəbdə insident: Valideyn özünü yandırmaq istədi

09 Sentyabr 2022
Baxış: 368

Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən F.Bayramov adına 22 saylı tam orta məktəbdə insident baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əlində benzinlə məktəbə gələn valideyn özünü yandıraraq intihar edəcəyini bildirib.

Bundan sonra məktəbdə quraşdırılmış “həyəcan siqnalı” işə salınıb və hadisə yerinə polis əməkdaşları gəlib. İntihara cəhd edən şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. Burada məlum olub ki, özünü yandıracağını bildirən şəxs övladı həmin məktəbdə təhsil alan 1981-ci il təvəllüdlü Tural Hüseynovdur. Onun izahatı alınıb.

Orta məktəbdən bildirilib ki, hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb:

“Həmin şəxsin psixoloji problemləri var və məktəbin hasarından keçməklə qeyri-qanuni şəkildə məktəb ərazisinə daxil olub”.