30 Aprel 2024
Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verildi

Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verildi

18 May 2023
Baxış: 305

Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.

Bu barədə AJMEDİA.İNFO-ya Xətai Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.

Məlumata görə, "Abidə" küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Xətai rayonu ərazisində daha 2 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmaləddin Məmmədzadənin adları verilib.

Ümumilikdə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.