29 Aprel 2024
Bakıda bura gedənlərə pulsuz yemək veriləcək

Bakıda bura gedənlərə pulsuz yemək veriləcək

05 İyun 2022
Baxış: 536

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən avtomobillərin texniki baxış məntəqəsində bir sıra yeniliklər edilib.

Artıq məntəqəyə gələnlərə bir sıra pulsuz xidmətlər göstəriləcək.

Texniki baxış məntəqəsində xüsusi gözləmə zalı var. Burada növbə gözləyənlərə çay, kofe, hətta yemək də verilir. Bütün bunlar isə pulsuz təklif olunur.

Bundan əlavə, məntəqədə şəhid və qazi ailələrinin rahatlığı da nəzərə alınıb.

Belə ki, həmin təbəqədən olanlara ayrıca qəbul bölməsi, pəncərə fəaliyyət göstərir. Müraciət edən şəhid və qazi ailələri burada narahatlıq olmadan, operativ şəkildə problemləri həll olunur və onlara lazımi xidmət göstərilir. Bu isə dünyada tətbiq olunan yeniliklərdən biridir.

Həmçinin texniki baxış məntəqəsində sürücülər üçün qaynar-xətt də fəaliyyətə başlayıb. /Lent.az