08 May 2024
Bakıda azyaşlı qızlar fahişəliyə cəlb olunur - VİDEO - RƏSMİ AÇIQLAMA

Bakıda azyaşlı qızlar fahişəliyə cəlb olunur - VİDEO - RƏSMİ AÇIQLAMA

04 Oktyabr 2021
Baxış: 801

Bakının mərkəzində azyaşlı qızların əxlaqsızlığa cəlb olunduğu iddia edilən görüntülər yayılıb.

AJMEDİA.İNFO bildirir ki, sosial şəbəkələrdə yayılan videonun paytaxtın Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında lentə alındığı qeyd edilib.

Ərazidə beşmərtəbəli binanın altında fəaliyyət göstərən iaşə obyektlərinin əksəriyyətində qızların ətrafdan keçən şəxslərə əxlaqsız təkliflər irəli sürdüyü iddia edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən video barədə məlumatlıdırlar:

“Məsələ ilə bağlı aidiyyəti üzrə araşdırma aparılır”.