29 Aprel 2024
Bakıda ağaclara qənim kəsilən kimdir? - FOTO

Bakıda ağaclara qənim kəsilən kimdir? - FOTO

11 Yanvar 2022
Baxış: 721

Yasamal rayonu A.M.Şərifzadə küçəsi 192 ünvanında ağaclar kəsilib.

Məsələ barədə Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, Yasamal rayonu A.M.Şərifzadə küçəsi 192 ünvanında ağacların kəsilməsi ilə bağlı xidmətə daxil olan məlumat bina sakinlərinin iştirakı ilə yerində araşdırılıb:

“Fakt təsdiqini tapıb”.

Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə gecə saatlarında iki ağacın kəsildiyi, bir ağacın isə düzgün budanmayaraq zədələndiyi müəyyən edilib:

“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.