30 Aprel 2024
Bakıda “AA” seriyalı avtomobil piyadanı vurub ÖLDÜRDÜ

Bakıda “AA” seriyalı avtomobil piyadanı vurub ÖLDÜRDÜ

02 Dekabr 2021
Baxış: 518

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AJMEDİA.İNFO APA-ya istinadən məlumat verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.

Saat 07:00 radələrində şəhər istiqamətində hərəkətdə olan 10-AA-659 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub.

Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.