29 Aprel 2024
Bakıda 22 saylı məktəbdə insident - Özünü yandırmaq istədi

Bakıda 22 saylı məktəbdə insident - Özünü yandırmaq istədi

12 Sentyabr 2022
Baxış: 403

Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən F.Bayramov adına 22 saylı tam orta məktəbdə insident baş verib.

Əlində benzinlə məktəbə gələn valideyn özünü yandıraraq intihar edəcəyini bildirib. Bundan sonra məktəbdə quraşdırılmış “həyəcan siqnalı” işə salınıb və hadisə yerinə polis əməkdaşları gəlib. İntihara cəhd edən şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.

Burada məlum olub ki, özünü yandıracağını bildirən şəxs övladı həmin məktəbdə təhsil alan 1981-ci il təvəllüdlü T.Hüseynovdur. Onun izahatı alınıb. AMİA.az