29 Aprel 2024
Bakı aeroportunda qalmaqal: təyyarə 5 saat gecikir

Bakı aeroportunda qalmaqal: təyyarə 5 saat gecikir

03 Yanvar 2024
Baxış: 591

“Peqasus” aviaşirkətinin Bakı-İzmir reysi 5 saata yaxın gecikir.

Bu barədə sərnişinlər məlumat verib.

Bildirilib ki, bu gün saat 03:15-də Bakıdan qalxmalı olan reys İzmirin Adnan Menderes hava limanındakı duman səbəbindən 7:50-yə ertələnib.

Aviaşirkət reysin gecikməsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərmədiyindən, sərnişinlər aeroportda gözləməyə məcbur edilib. Bu isə onların ciddi narazılığına səbəb olub.

Sərnişinlərə geri qayıdıb, yenidən gəlməyə də izn verilmir.

Qeyd edək ki, "Peqasus" aviaşirkəti vaxtaşırı olaraq bu cür gecikmələrlə sərnişinlərində narazılıq yaradır.axar.az