29 Aprel 2024
Azərbaycanlı bloger Tbilisidə məhmanxanada ÖLÜ TAPILDI

Azərbaycanlı bloger Tbilisidə məhmanxanada ÖLÜ TAPILDI

30 İyul 2021
Baxış: 651

Azərbaycan vətəndaşı Gürcüstanda mehmanxanada ölü tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda "Imedi” telekanalı məlumat yayıb.

Xəbərdə bildirilib ki, bloger Hüseyn Bakıxanov Tbilisi şəhərində hotellərdən birində ölü halda aşkarlanıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktı özünəqəsd həddinə çatdırma kimi araşdırır. Hotelin hüquqşünası Kahi Çeretelinin sözlərinə görə, məsələ ilə bağlı bütün şahidlər dindirilib. Həmçinin, hotel videomaterialları araşdırma üçün təqdim edib.

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində dostlarının H. Bakıxanovdan bir neçə gün xəbər ala bilmədikləri, bundan sonra onun Tbilisidəki evində ölü tapıldığı bildirilirdi. /Qafqazinfo