30 Aprel 2024
Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıb - STATİSTİKA

Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıb - STATİSTİKA

09 May 2022
Baxış: 355

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

AJMEDİA.İNFO-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 632 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 59 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 752, bu günə qədər isə ümumilikdə 6 836 568 test icra olunub.