21 Sentyabr 2021

Azerbaijan, Baku

20°C/27°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Azərbaycanda rüşvət alan polkovnik həbs edilib

Azərbaycanda rüşvət alan polkovnik həbs edilib

Azərbaycanda rüşvət alan polkovnik həbs edilib

24 İyul 2021
Baxış: 351

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluqdan bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Qeyd edək ki, V.Babayev 2 iyul 2018-ci ildə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun əmri ilə Xidmətin Səbail rayon idarəsinə rəis təyin olunmuşdu.
O, bu vəzifəyə respublikanın keçmiş Hərbi Komissarı və sabiq deputat Əliağa Hüseynovun qardaşı oğlu Namiq Hüseynovun yerinə gətirilmişdi.
Xatırladaq ki, Vüsal Babayev general-polkovnik Vaqif Axundovun bacısı oğludur. (Femida.az)