29 Aprel 2024
Azərbaycanda işsizlərin sayı açıqlandı – Rəsmi

Azərbaycanda işsizlərin sayı açıqlandı – Rəsmi

18 May 2023
Baxış: 366

Bu ilin may ayının 1-nə olan məlumata görə, Azərbaycanda 293,2 min nəfər işsiz şəxs olub.
AJMEDİA.İNFO
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 5 ay ərzində ölkədə işsizlərin sayı 9 min nəfər və ya 3% azalıb.
Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 203,9 min nəfər olub, onlardan 4 milyon 910,7 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 19 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb.

İllər İşszilərin sayı
(min nəfər)
1 yanvar 2006 317,8
1 yanvar 2007 291,2
1 yanvar 2008 281,1
1 yanvar 2009 262,2
1 yanvar 2010 260,2
1 yanvar 2011 258,3
1 yanvar 2012 250,9
1 yanvar 2013 243,1
1 yanvar 2014 236,6
1 yanvar 2015 237,8
1 yanvar 2016 243,7
1 yanvar 2017 252,8
1 yanvar 2018 251,7
1 yanvar 2019 253,8
1 yanvar 2020 251,6
1 yanvar 2021 375,9
1 yanvar 2022 315,7
1 yanvar 2023 302,2
1 may 2023 293,2