30 Aprel 2024
Azərbaycanda çörəyin qiyməti UCUZLAŞACAQ - BU TARİXDƏN

Azərbaycanda çörəyin qiyməti UCUZLAŞACAQ - BU TARİXDƏN

17 Sentyabr 2021
Baxış: 602

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq.

AJMEDİA.İNFO Bakipost.az-a istinadən xəbər verir ki, sabahdan etibarən ölkə ərazisində çörəyin qiyməti ilə bağlı süni bahalaşma aradan qaldırılacaq. Belə ki, bir neçə gündür, çörəyin qiymətini qaldıran bəzi istehsalçılar məhsulun köhnə qiymət ilə satışını həyata keçirəcək. Artıq bununla bağlı həmin şirkətlərə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bir sıra çörək istehsalçıları məhsulun qiymətini qaldırmışdı. Artıq 3 gündür, Bakıdakı marketlərdə “Çörəkçi” və “Nömrə 1” çörəkləri 5-10 qəpik baha satılmağa başlayıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədov ötən gün buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb.