28 May 2024
Azərbaycanda boşanmaq istəyənlər 15 DOLLAR ÖDƏYƏCƏK - DİQQƏT!

Azərbaycanda boşanmaq istəyənlər 15 DOLLAR ÖDƏYƏCƏK - DİQQƏT!

15 Aprel 2024
Baxış: 348

Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir.

AJMEDİA.İNFO Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.

Belə ki, rüsum məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına (qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) ödənilir.