29 Aprel 2024
Azərbaycanda baş həkim mağazadan oğurluq edib - RƏSMİ AÇIQLAMA + VİDEO

Azərbaycanda baş həkim mağazadan oğurluq edib - RƏSMİ AÇIQLAMA + VİDEO

25 Noyabr 2021
Baxış: 797

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır.

AJMEDİA.İNFO-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin mağazadan Masallı rayon polis şöbəsinə şikayət xarakterli müraciət daxil olmayıb:

“Sosial şəbəkələrdə yayılan həmin görüntülərdən də məlumatlıyıq. Araşdırma aparılır”.