08 May 2024
Azərbaycanda asma körpüdə qəsdən təhlükəli vəziyyət yaradılır - VİDEO

Azərbaycanda asma körpüdə qəsdən təhlükəli vəziyyət yaradılır - VİDEO

22 İyun 2022
Baxış: 550

İsmayıllı rayonunda çay üzərindəki asma körpüdə qəsdən təhlükəli vəziyyət yaradılır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlardan biri bildirib.

Bildirilib ki, körpünün üzərindən beş nəfərdən artıq şəxsin keçməsinə icazə verilməsə də, oradakı işçilər buna məhəl qoymur:

“Nəzarətçilər körpünün üzərindən keçmək üçün 20 nəfərdən artıq adama icazə verirlər. Amma körpünün girişində xəbərdarlıq lövhəsində yazılıb ki, beş nəfərdən artıq şəxsin daxil olması qəti qadağandır. Mən nəzarətçiyə narazılıq bildirəndə isə az qaldı ki, mənə hücum çəksin”.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Oxu.Az-a açıqlamasında bildirib ki, artıq məsələ nəzarətə götürülüb:

“Ərazidəki nəzarətçilərə də, bu cür hallara yol verməməsi barədə tapşırıq verilib”.