08 May 2024
Azərbaycana hansı ölkələrdən nə qədər pul göndərilir? – Tam siyahı

Azərbaycana hansı ölkələrdən nə qədər pul göndərilir? – Tam siyahı

03 Aprel 2024
Baxış: 397

Ötən il Azərbaycanda yaşayan fiziki şəxslər xarici ölkələrə 550 milyon 126 min dollar, xaricdə yaşayan fiziki şəxslər isə Azərbaycana 1 milyard 654 milyard 815 min dollar dəyərində pul göndəriblər.
AJMEDİA.İNFO
Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycanda yaşayan fiziki şəxslər xarici ölkələrə göndərdikləri pullar 17,3% və ya 114,7 milyon dollar, xaricdə yaşayan fiziki şəxslərin Azərbaycana göndərdikləri pullar isə 2,2 dəfə və ya 1,97 milyard dollar azalıb.
Ötən il Azərbaycandan xaricə göndərilən pulların 26,6%-i və ya 146,1 milyon dolları Türkiyənin, 13,5%-i və ya 74,2 milyon dolları Rusiyanın, 10,7%-i və ya 58,8 milyon dolları Gürcüstanın payına düşüb.
Xarici ölkələrdən yaşayan fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən pulların isə 63,3%-i və ya 1 milyard dolları Rusiyanın, 9,9%-i və ya 164,3 milyon dolları Türkiyənin, 4,5%-i və ya 73,8 milyon dolları ABŞ-nin payına düşüb.
Onu da qeyd edək ki, 2022-ci ildə Azərbaycana göndərilən pulların 82%-i və ya 2 milyard 969 milyon dolları Rusiyadan daxil olub. Son bir ildə Rusiyadan Azərbaycana göndərilən pullar təxminən 3 dəfə azalıb.
Azərbaycana gələn və Azərbaycandan göndərilən pulların tam siyahısı aşağıdakı kimidir: