29 Aprel 2024
Azərbaycan və Rusiya XİN başçıları ölkələrarası və regional münasibətləri müzakirə edəcəklər

Azərbaycan və Rusiya XİN başçıları ölkələrarası və regional münasibətləri müzakirə edəcəklər

20 Avqust 2020
Baxış: 1336

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfər edəcək.

AJM-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, avqustun 26-da Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Görüşdə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunacaq.