29 Aprel 2024
Azərbaycan sərhədçilərini öldürən İran vətəndaşı belə MƏHV EDİLDİ - VİDEO

19 May 2021
Baxış: 812

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sərhədçilərimizi qətlə yetirən İran vətəndaşı Ağayi Əllahbəxş Bağış oğlu bu gün Yardımlı rayonunda silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

AJMEDİA.info qafqazinfo-ya istinadən xəbər verir ki, iran vətəndaşı Yardımlı rayonunun Zevin kəndində sakinlərdən birinin həyətində ağacda gizlənib. Yeri müəyyən edilərək təslim olunması təklif olunsa da, o, silahlı müqavimət göstərdiyi üçün DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilərək məhv edilib. Əməliyyata helikopter də cəlb edilib.

Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.