30 Aprel 2024
Azərbaycan Ordusunda yeni qurumlar yaradılır - Zakir Həsənov AÇIQLADI

Azərbaycan Ordusunda yeni qurumlar yaradılır - Zakir Həsənov AÇIQLADI

09 Noyabr 2021
Baxış: 494

“Vətən müharibəsindən sonra cənab Prezidentin tapşırığı ilə biz müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan Ordusunda təşkilatlı ştat tədbirləri həyata keçirdik”.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib.

“Cənab Prezidentin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil etməkdə davam edirik”, – Z.Həsənov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Ordusunda bir neçə yeni qurum – əməliyyat (komando) qurumları, briqadaları yaradılır.