29 Aprel 2024
"Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatıq" - RUSİYA

"Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatıq" - RUSİYA

22 İyul 2021
Baxış: 697

Rusiya Azərbaycan və Ermənistan sərhədində gərginliyin artmasını narahatlıqla qarşılayır.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Əlbəttə, bu, regional vəziyyətə son dərəcə mənfi təsir göstərir, Azərbaycanla Ermənistan arasındakı dialoqun normallaşmasına kömək etmir və iki ölkənin əhalisi arasında əsassız itkilərə səbəb olur”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqların erkən başlamasına ümid bəsləyir və kömək etməyə hazırdır.(axar.az)