29 Aprel 2024
Azərbaycan diplomatları cərimələnməkdə birinci yerə çıxdı

Azərbaycan diplomatları cərimələnməkdə birinci yerə çıxdı

07 Mart 2024
Baxış: 370

Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyinin əməkdaşları avtomobil hərəkəti qaydalarının pozulmasına görə həmkarları arasında lider olublar. Bu barədə 2023-cü ildə pozuntuların və cərimələrin miqdarını təhlil edən İsveç Nəqliyyat Agentliyi məlumat yayıb.

Bu azmış kimi, Azərbaycan diplomatları cərimə ödəmək istəmirlər.

Azərbaycan diplomatları 56 dəfə 61100 kron məbləğində cərimə olunublar. Bunlardan cəmi bir cərimə ödənilib.

Antireytinqin ikinci pilləsində Qazaxıstan diplomatları yer alır - 52500 kron məbləğində 49 cərimə, bir cərimə ödənilib.

Səudiyyə Ərəbistanının diplomatları 41 dəfə 44600 kron məbləğində cərimə olunublar. Beş cərimə ödəyiblər.

Daha sonra siyahıda Anqola, Çin, Türkiyə, Litva, Gürcüstan, Moldova və İraq yer alır.

Siyahını ümumi cəriməsi 10 min krondan az olan ölkələr qrupu: ABŞ, İtaliya, iki Koreya, Rusiya, Uruqvay, Kosovo, Qatar, Rumıniya, Küveyt və digərləri bağlayır.