06 May 2024
Hindistan İsrailin super raketini sınaqdan keçirdi

Hindistan İsrailin super raketini sınaqdan keçirdi

24 Aprel 2024
Baxış: 353

Hindistan Hərbi Hava Qüvvələri 250 km-dən çox məsafədəki hədəfləri vura bilən İsrail istehsalı olan havadan buraxılan ballistik raketi uğurla sınaqdan keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ANİ məlumat yayıb.

“Crystal Maze 2” (Kristal Meyz) kimi tanınan raketin sınaq buraxılışı Hindistanın ittifaq ərazilərindən - Andaman və Nikobar adalarından həyata keçirilib. Raket Su-30MKI qırıcısından buraxılıb və hədəfinə çatıb.

Agentlik qeyd edib ki, hazırda respublikanın Hərbi Hava Qüvvələri “Make in India” proqramı çərçivəsində böyük miqdarda İsrail raketlərini almağı planlaşdırır.