30 Aprel 2024
Aytən Səfərova ağır qəzaya düşdü - VİDEO

Aytən Səfərova ağır qəzaya düşdü - VİDEO

17 Aprel 2024
Baxış: 334

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı AJMEDİA.İNFO-ya bildirib ki, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

Aparıcı Aytən Səfərova ağır qəza keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda televiziya ulduzu Bizim.Media-ya açıqlamasında bildirib.

A.Səfərova qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Hazırda müayinə üçün o, “Respublika Neyrocərrahiyyə Xəstəxanası”na yerləşdirilib. Aparıcı səhhətinin ağır olduğunu qeyd edib.