08 May 2024
Avstriyanın yeni kansleri bəlli oldu

Avstriyanın yeni kansleri bəlli oldu

12 Oktyabr 2021
Baxış: 688

Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ölkənin kansleri postuna gətirilib.

AJMEDİA.İNFO xəbər portalı TASS-a istinadən xəbər verir ki, Prezident Van der Bellenin sərəncamından sonra Şallenberqin andiçmə mərasimi keçirilib. Digər bir sərəncamla Sebastyan Kurtsun kansler vəzifəsindən istefası rəsmiləşib.

Qeyd edək ki, Mixael Linhar ölkənin yeni xarici işlər naziri olub.

Xatırladaq ki, Kurts prokurorluq tərəfindən ona qarşı aparılan korrupsiya əleyhinə araşdırma fonunda istefa verib.