29 Aprel 2024
Avstriyada koronavirusun ikinci dalğası gözlənilmir

Avstriyada koronavirusun ikinci dalğası gözlənilmir

07 İyun 2020
Baxış: 395

Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober koronavirus infeksiyasının ölkədə yayılması ilə bağlı bildirib ki, Avstriyada ikinci dalğanın baş verməsi gözlənilmir. Nazir optimist proqnozun bir tərəfdən əhalinin qaydalara ciddi riayət etməsi, digər tərəfdən isə yaxın müddətdə risk qruplarının əhatəli şəkildə yoxlanışdan keçiriləcəyi (skrininq) ilə əlaqələndirib.

AJM xəbər verir ki, Səhiyyə naziri ölkədəki dinamikanın müsbət olmasına baxmayaraq, virusu ciddi qəbul etməyin vacibliyinə də diqqəti yönəldib. O bildirib ki, müvafiq qurumlar sinus qövsünün yüksəldiyi, yəni yoluxmanın artdığı bölgələrdə sırf həmin region üçün nəzərdə tutulan sərt və qətiyyətli addımlar atacaq. Koronavirusa yoluxmanın qarşısını almaqla yanaşı, qripə yoluxmaya da diqqət yetiriləcək.

Yay tətilindən sonra məhdudiyyətlərin daha da yumşaldılmasının nəzərdə tutulduğunu bildirən R.Anşober məktəb və universitetlərdə normal tədris prosesinin bərpasına ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, sosial-ictimai həyat və kütləvi tədbirlərlə bağlı proseslər müvafiq qurumlar tərəfindən intensiv şəkildə müşayiət olunacaq və nəzarətdə saxlanacaq.

Teqlər: Avstriya