29 Aprel 2024
Avropadakı ən böyük reaktor işə salınıb

Avropadakı ən böyük reaktor işə salınıb

17 Aprel 2023
Baxış: 1173

Finlandiyanın “Olkiluoto” atom elektrik stansiyasının üçüncü enerji bloku 18 ildən sonra aprelin 16-na keçən gecə elektrik enerjisi istehsal etməyə başlayıb.

Bu barədə elektrik stansiyasının operatoru “Teollisuuden Voima” (TVO) məlumat yayıb.

Qeyd edilib ki, reaktorun işə salınması ilə qurğu Finlandiyada elektrik enerjisinin təxminən 30 faizini istehsal edəcək.

“Bu, tarixi bir gündür, fin cəmiyyətinə vəd etdiyimiz OL3-ün faydaları reallaşacaq”, - TVO-nun nümayəndəsi Marye Mustonen bildirib.

Teqlər: