29 Aprel 2024
Argentinalı futbolçulara veriləcək bonus mükafat bəlli oldu

Argentinalı futbolçulara veriləcək bonus mükafat bəlli oldu

19 Dekabr 2022
Baxış: 319

Argentina Futbol Federasiyası çempionluğa görə futbolçularına adambaşına 1 milyon 300 min avro paylayıb.

AJMEDIA.INFO xəbər verir ki, FİFA çempion komandanı təxminən 41 milyon avro məbləğində pul mükafatı ilə təltif edib.

Xəbərlərə görə Argentinanın finala qədər olan epizoddan 30 milyon dollar qazandığı və çempionluq mükafatı olaraq daha 12 milyon dollar alacağı bildirilib.

Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alejandro Dominqes sosial media hesabında çempionluq mükafatı olaraq 10 milyon dollar ödəniləcəyini açıqlayıb. Beləliklə, Argentina ümumilikdə 52 milyon dollar mükafat alıb.

Bundan əlavə, 2022-ci il dünya çempionatında iştirak edən hər bir ölkənin 2 milyon dollar qazandığı bildirilib.

Musavat.com