29 Aprel 2024
"Allah qohumlarımın bəlasını versin" - Gecə klubundakı partlayışda yaralanan Aysel

"Allah qohumlarımın bəlasını versin" - Gecə klubundakı partlayışda yaralanan Aysel

20 Aprel 2022
Baxış: 409

"Location" gecə klubunda baş verən partlayışda yaralanan bloger Aysel Şükürova sosial şəbəkə hesabından açıqlama yayıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, açıqlamasında ağrılarının güclü olduğunu və psixoloji dəstək aldığını ifadə edib. Bundan əlavə Aysel Türkiyəyə əməliyyata gedəcəyini bildirib.

"Partlayışdan əvvəl dostlarımla Qubaya gedirdik. Dedim ki, qəza keçirək, komaya düşüm və bilim məni nə qədər insan sevir. Qəza keçirmədik, amma daha pisi oldu. Ayaqlarım çox pis haldadır, 6 aya düzələcək. Həkim deyir ki, 6 ay heç nə etmək olmaz. Bəlkə Türkiyəyə əməliyyata getdim".

Aysel qohumlarından gileylənib:

"Qohamlarımdan saymayanlar oldu. Lap yaxın, qan bağı olanlar saymadı. Allah bəlalarını versin. Onlara hər zaman nifrət etmişəm, edəcəm də. Öz pisliklərində boğulsunlar".

  • "Allah qohumlarımın bəlasını versin"  - Partlayışda yaralanan Aysel