29 Aprel 2024
Ağstafada iki azyaşlını maşın vurub, onlardan biri ölüb

Ağstafada iki azyaşlını maşın vurub, onlardan biri ölüb

02 Sentyabr 2021
Baxış: 384

Ağstafada piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.Hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Hərəkətdə olan yük maşını iki azyaşlını vurub. 10 yaşlı Məmmədova Nuray Abdulnasir qızı hadisə yerində ölüb, 5 yaşlı Hüseynova Aysel Elmir qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. (APA)