25 İyul 2021

Azerbaijan, Baku

26°C/30°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

ABŞ ordusu terrorçulara təlim keçir - Ermənilər də var - FOTO

ABŞ ordusu terrorçulara təlim keçir - Ermənilər də var - FOTO

22 İyul 2021
Baxış: 297

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın şimal-şərqindəki Hasakah vilayətində 400 YPG / PKK terrorçusuna silahlı təlim keçir.

AJMEDİA.İNFO unikal.org xəbər verir ki, 3 aylıq təlim zamanı yüngül, orta və ağır silahların istifadəsi, kəndlərə basqın kəşfiyyat üsulları terrorçulara izah edilib.

Yerli mənbələrdən əldə edilən məlumata görə, koalisiya qüvvələrinin təlimi Hasakidəki Əbdüləziz dağında olub.

Silahlı təlimlərini bitirən terrorçuların YPG / PKK sıralarına qatılacağı bildirilib.

Görüntülərdə Ermənistanın bayrağının da olması diqqət çəkib. Bildirilir ki, həmin qruplar Ermənistana aid çoxsaylı terror təşkilatlarından biridir.

Hazırda Suriyada ABŞ-ın himayəsi altında fəaliyyət göstərən Fransız əsgərlər də tez-tez terrorçulara topçu təlimləri keçirlər.

ABŞ ordusu terrorçulara təlim keçir -Ermənilər də var - FOTO