29 Aprel 2024
ABŞ Çexiya ilə helikopterlərin modernizasiyasına dair 650 milyon dollarlıq müqaviləni təsdiqləyib

ABŞ Çexiya ilə helikopterlərin modernizasiyasına dair 650 milyon dollarlıq müqaviləni təsdiqləyib

04 May 2023
Baxış: 459

ABŞ Dövlət Departamenti Çex Respublikası ilə 650 milyon dollar dəyərində “AH-1Z Viper” hücum helikopterləri, “UH-1Y Venom” çoxməqsədli helikopterlərin təkmilləşdirilməsi və təmiri ilə bağlı sazişi təsdiqləyib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik İdarəsi məlumat yayıb.

“Dövlət Departamenti Çexiyaya “AH-1Z” və UH-1Y” təyyarələrinin təmiri - modernizasiyası və müvafiq avadanlıqların tədarükünün mümkün satışını təsdiqləmək barədə qərar qəbul edib. ABŞ Çex Respublikasına 22 mühərrik, 14 naviqasiya sistemi, 4 pulemyot və 24 radio təchizat verməyi planlaşdırır”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, Çexiya hakimiyyəti ABŞ-dan altı “AH-1Z” və iki “UH-1Y” helikopterinin təmiri üçün avadanlıq almağı xahiş edib. ABŞ Çexiyaya hərbi helikopterlər üçün lazım olan 22 mühərrik, 14 naviqasiya sistemi, 4 pulemyot və 24 radiostansiya verməyi nəzərdə tutur. Paketə digər kommunikasiya avadanlığı, elektron müharibə sistemləri, ehtiyat hissələri, habelə mühəndislik, texniki və logistik dəstək xidmətləri də daxil edilib.

Teqlər: