29 Aprel 2024
ABŞ bankiri İsrailə səfir GÖNDƏRİR

ABŞ bankiri İsrailə səfir GÖNDƏRİR

20 Oktyabr 2021
Baxış: 498

ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsi İsrailə səfir göndərilməsi üçün Tomas Naydsın namizədliyini təsdiqləyib.

AJMEDİA.İNFO xəbər verir ki, bundan sonra Naydsın namizədliyi Senatda səsverməyə çıxarılacaq. Bu prosesin xüsusi müqavimət olmadan Senatdan keçəcəyi gözlənilir.

Qeyd edək ki, Nayds bankirdir. O, “Morqan Stenli” bankının keçmiş sədr müavinidir. Obama dövründə o, israilyönlü siyasətçi sayılırdı və İsrail hökumətinin ABŞ-da ən etibarlı tərəfdaşlarından hesab edilirdi.(axar.az)