29 Aprel 2024
8 Noyabr prospektində ağır qəza, işıqfor dirəyi sıradan çıxdı - VİDEO

8 Noyabr prospektində ağır qəza, işıqfor dirəyi sıradan çıxdı - VİDEO

04 Dekabr 2023
Baxış: 396

Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, hadisə dünən axşam saatlarında 8 Noyabr prospektində (Asiman şadlıq sarayının qarşısı) qeydə alınıb.

Qəza nəticəsində 1 ədəd işıqfor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb. Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür.

NİİM sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.