30 Aprel 2024
32 həmkarını İrana qarşı sanksiyalar tətbiq etməyə ÇAĞIRDI

32 həmkarını İrana qarşı sanksiyalar tətbiq etməyə ÇAĞIRDI

16 Aprel 2024
Baxış: 287

İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkədən olan həmkarına məktub ünvanlayaraq İrana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib.

AJMEDİA.İNFO xəbər verir ki, İsrailin XİN rəhbəri bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, onlarla xarici işlər naziri və dünya üzrə vəzifəli şəxslərlə danışıqlar aparıb və onları İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməyə çağırıb:

“İranı indi, çox gec olmadan dayandırmaq lazımdır”.