29 Aprel 2024
1965-ci ildə ərəblərin müharibə planı - İsrail 6 günə darmadağın etdi

1965-ci ildə ərəblərin müharibə planı - İsrail 6 günə darmadağın etdi

21 May 2021
Baxış: 640

Mərakeş kralı II Həsən Ərəb Liqasının 13 sentyabr 1965-ci ildə Mərakeşdə keçirilən toplantısının səs yazısını İsrail kəşfiyyatı MOSSAD-a ötürür. Həmin görüşdə ərəb liderləri öz aralarında İsraillə müharibə planlarından danışırmış.

AJMEDİA.info xəbər verir ki, Mərakeş kralının ötürdüyü məlumatlar nəticəsində İsrail müharibə planından əvvəlcədən xəbər tutur və 1967-ci ilin iyununda baş vermiş “Altıgünlük müharibə”yə xeyli hazırlıqlı olur.

Hətta müharibənin ilk dəqiqələrində Misir hava bazalarına qabaqlayıcı zərbələr də endirir. İsrail o qədər uğurlu olur ki, cəmi 6 günə Misirdən Sinay yarımadasını və Qəzza zolağını, Suriyadan Qolan təpələrini, İordaniyadan isə Şərqi Qüds və İordan çayının qərb sahillərini qopara bilir.

Ronen Berqman adlı israilli yazar da iddia edir ki, Mərakeş kralı II Həsən həmin səs yazısının qarşılığında İsraildən dünyaca tanınmış mərakeşli müxalif siyasətçi Mehdi Ben Barkanın Parisdə öldürülməsinə kömək edilməsini istəyib və Barka 1965-ci ilin 29 oktyabrında Parisdən yoxa çıxıb.

Qeyd edək ki, bu əməliyyatı ilk dəfə İsrail hərbi kəşfiyyatının keçmiş şefi Şlomo Gazit 2018-ci ildə açıqlayıb.

Mehdi Ben Barkanın aqibətindən isə 56 ildir ki, xəbər yoxdur.